ANAMA-dan Kürdəmirə atılan raketlə bağlı açıqlama

ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupları Kürdəmirdə əməliyyatları davam etdirmiş və ballastik raketin 8K14 (ELBRUS/SCUT) tipinə aid olduğunu bir daha sübut edən partlamış raket qalıqlarını aşkar edib.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik məlumat yayıb.

Xatırladaq ki, oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.