Araik Arutyunyan: “Xahiş edirəm, döyüşün dayandırılması üçün əlinizdən gələni edin”

Qondarma Dağlıq Qarabağın prezidenti Araik Arutyunyan Rusiya rəhbəri Vladimir Putindən hərbi əməliyyatların dayandırılması üçün əlindən gələni etməyi xahiş edib.

O, RF prezidentinə belə bir müraciəti Putinin “Valday” müzakirə klubunda çıxışından sonra ünvanladığı məktubda edib.

O vurğulayıb ki, Putin dünya və regionda böyük şəxsi avtoritetə malik olan insan və rəhbərdir.

“Xahiş edirəm, Dağlıq Qarabağ münaqişəsi ərazisində hərbi əməliyyatların dayandırılması və siyasi proseslərin bərpa olunması üçün əlinizdən gələni edin”, – deyə Arutyunyan yazıb.