“Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur” – Müdafiə Nazirliyi

Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir: Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulur.

Düşmənin bütün hücum cəhdləri bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür.
Əvvəlki məqalə“Atəşkəs razılaşması hələ sülh razılaşması deyil” – Anar Məmmədli
Növbəti məqalədəXarici İşlər Nazirliyində mətbuat konfransı keçiriləcək