AXCP sədrinin müavini vəfat edib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı bu gün, oktyabrın 7-də vəfat edib.

Ölümünün ağır xəstəlik ucbatından olduğu bildirilir. Bir müddət Almaniyada müalicə alan siyasətçi yaxın günlərdə Azərbaycana qayıtmışdı.

Gözəl Bayramlı keçmiş siyasi məhbus olub, 2017-ci ildə həbs edilib, həbsxanada 2 il keçirdikdən sonra 2019-cu ildə azadlığa buraxılıb.