Azərbaycan İsrailin antiterror təcrübəsini öyrənməlidir

Oktyabrın 17-də gecə saat birə yaxın Ermənistan ordusu Azərbaycanın dinc şəhəri Gəncəyə üçüncü dəfə Rusiya ballistik raketi ilə zərbə endirib. Həmin gün səhərə olan məlumata görə, tamamilə dağılmış yaşayış məhəlləsində 14 nəfər həlak olub, onların arasında iki uşaq var. 40-a yaxın sakin yaralanıb.

Elə həmin gecə Mingəçevirə raket atılıb. O, HHM vasitələrilə vurulub.

Oktyabrın 11-də Gəncəyə öncəki raket zərbəsi şəhərin dörd sakinini öldürüb.

Ermənistan Azərbaycana qarşı açıq terror müharibəsi aparır. Vətəndaşlarımızın yaşlı nəsli 1991-1996-cı illərdə erməni terrorçuların Bakı metropoliteni, avtobuslar, qatarlar və sərnişin gəmisinə bomba qoyaraq partlayış törətdiklərini xatırlayırlar.

Bu günlərdə Azərbaycanda Bakı və ölkənin digər yaşayış məntəqələrində yeni terror aktlarının mümkünlüyü elan edilib.  Doxsanıncı illərin müharibəsi təcrübəsindən aydın olur ki, Ermənistanda bu cür cinayətlər planlaşdırılır, yenidən terror aktları cəhdləri olacaq.

Turan istefada olan DTK podpolkovniki Akif Həsənovdan müsahibə götürüb. Biz mütəxəssisdən erməni terrorundan qorunmaq üçün dövlətdən və vətəndaşlardan tələb olunan hərəkətləri izah etməyi xahiş etdik.

– Terrorçular mümkün qədər daha çox müdafiəsiz insan öldürməyə hazırlaşarkən qarşılarına hansı vəzifələri qoyurlar?

– Aydındır ki, terrorçular çaxnaşma yaratmaq, mülki əhalini ölkə rəhbərliyinə təzyiq göstərməyə məcbur etmək, düşmənə güzəşt tələb etmək üçün əhaliyə maksimum qorxunc təsir göstərmək niyyətindədirlər. Terrorçular demək istəyirlər ki, bu, problemlərin yalnız başlanğıcıdır, sonra daha da pis olacaq. Bundan ötrü onlara avtobusu partlatmaq azdır, girov götürməyin mənası yoxdur, çünki burada ən az amansızlıq qaydası tətbiq olunur. Qətl elə irimiqyaslı olmalıdır ki, ali rəhbərliyi həyata keçirdiyi siyasətin məqsədəuyğunluğu barədə düşünməyə vadar etsin. Bu, zəif bir şəxsin cəhdidir ki, güclünü inandırmağa çalışsın ki,  Azərbaycan ordusunun daha da irəliləməsi qaçılmaz problemlərə səbəb olacaq. Terrorla hər zaman zəif düşmənlər, müharibə şəraitində ordusu, digər qanuni mübarizə vasitələri olmayan düşmənlər bilərəkdən məşğul olurlar. O zaman onlar uşaqları və qocaları, həyat yoldaşları cəbhədə olan qadınları öldürürlər. Bu, bütün terrorçuların dəst-xəttidir, ermənilər bu çirkin ailənin tipik bir hissəsidir.

– Dövlət terrorizmə qarşı necə mübarizə aparmalıdır?

–  Terrorun qarşısını almaq üçün öncə mümkün terrorun yerini bilmək lazımdır. Lakin düşmənin terror aktını məhz harada həyata keçirməyi nəzərdə tutduğunu müəyyənləşdirmək çətindir. Deməli, terrorçuları hazırda nə ilə məşğul olduqlarından asılı olmayaraq, olduqları yerdə məhv etmək lazımdır.  Yatırlar və ya insanlara raket atırlar.

Konkret terrorçu ilə mübarizə üsulunu müəyyən etmək lazımdır. Bu zaman aşağıdakılar nəzərə alınır:

1. Terrorçuların atdığı addımlardan qaçılmaz ziyanın mümkün miqyası;

2. Əks-terror hərəkətlərinin siyasi məqsədəuyğunluğu, yəni onların mümkün terror aktından dəyən ziyanla nə dərəcədə mütənasib olduğunu müəyyənləşdirmək.

Başqa sözlə, əgər terrorçu tək fəaliyyət göstərirsə, o zaman bütün şəhəri bağlamağa, ölkənin HHM sistemini həyəcanlandırmağa gərək yoxdur. Əksinə, əgər ermənilərdə olduğu kimi, məlumdur ki, düşmən şəhərə raket atır, bu şəhərlər girişi bağlamaq lazım deyil. Raketlər HHM vasitələri ilə vurulur, təkbaşına terrorçuları isə xüsusi antiterror bölmələri zərərsizləşdirirlər.

Şübhəsiz ki, terrorizmə qarşı mübarizənin birinci qaydası heç bir halda ona güzəştə getməməkdir, çünki istənilən güzəşt daha ciddi nəticələrə səbəb olur.

– Dövlətin indi Azərbaycanın düşdüyü şəraitdə görəcəyi universal tədbirlər varmı? Qarabağda müharibə gedir və hər yerdə terror aktları ola bilər.

–  Əlbəttə. İstənilən xüsusi xidmət öz hərəkətlərini planlaşdıraraq maksimum həssas yerləri müəyyən edir.

  • Sərhədlərdə nəzarəti gücləndirmək, gələn sənədləri diqqətlə öyrənmək, diplomatik nümayəndəliklərimizin olduğu ölkələrdən Azərbaycana gələnlər üçün viza dəstəyi almaq lazımdır. İnterpol siyahıları üzrə sorğu edilən hər bir İnterpolun siyahısı üzrə sorğulanan hər kəsi yoxmaq lazımdır, şübhə doğuran hər kəsə vizadan imtina edilməlidir. Vizanı birbaşa hava limanında alanların, gəldiyi ölkəyə açıqlama vermədən qayıtmaqda şübhə doğuranların diqqətlə yoxlanılması lazımdır;
  • Düşmən üçün maraqlı ola biləcək müəssisə və obyektləri müəyyən etmək, bu obyektlərdə agentura ilə işi fəallaşdırmaq, hər bir şübhəlini, hətta ləyaqətli vətəndaşı diqqətlə yoxlamaq lazımdır. Nəzarətin əhatə dairəsi nə qədər çox olarsa, terroru zərərsizləşdirmək şansı daha böyük olar. Potensial cinayətkar obyektə nüfuz etmənin perspektivsizliyini hiss etməlidir;
  • Əhali ilə geniş təbliğat aparmaq, terror aktının təhlükəsini izah etmək, əlamətləri (metroda və ya istənilən nəqliyyatda qoyulan çantalar, şəxsi əşyalar və s.) ətraflı izah etmək. Bu iş həyata keçirilir, görünür, ehtiyatlılıq yetərli olmur. Qoy, ölkə boyunca hər yerdə terrorizm təhlükəsini açıqlayan vərəqələr yapışdırılsın, televiziyada hər saat bu barədə danışsınlar. Biz insanları xilas edəcəyik, bu səylərə dəyər;
  • Terror təhlükəsi ilə iş təcrübəsi olan ölkələrin, ilk növbədə, İsrail xüsusi xidmət orqanlarının nümayəndələri  ilə təcili seminarlar keçirilsin;
  • Lazım gələrsə, bizim fəaliyyətimizin öyrənilməsi və düzgünlüyünün monitorinqi üçün xarici mütəxəssislər, ixtisaslaşmış təşkilatlar və ya özəl şirkətlərlə müqavilə bağlanılsın.

Bu prinsipdən çıxış etmək lazımdır ki, terrorizmə qarşı mübarizə işi nə qədər güclü və aşkar şəkildə aparılarsa,  cinayətkarlar ölkədə fəaliyyət göstərməkdən qorxacaqlar, hər bir vətəndaş terrorçuları zərərsizləşdirməyə hazırdır və bacarır.

Terrorçulara humanizm prinsipləri şamil edilə bilməz. Bu cinayət bağışlana bilməz. Terrorçular ilk fürsətdə məhv edilir, əgər imkan yoxdursa, canlı götürülür. Onlar başa düşməlidirlər ki, ölümə məhkumdurlar. Onlar insanları öldürməyi düşündükləri üçün öz planlarının ilk qurbanları özləri olmalıdırlar.