Azərbaycan Köçəryan, Sarkisyan, Ter-Petrosyan və Qarabağ separatçılarını eyni masa arxasına oturdub

Cəbhədə erməni ordusunun darmadağın edilməsi və yaxınlaşmaqda olan fəlakət Ermənistanın keçmiş prezidentləri və qatı düşmənlər – Köçəryan, Sarkisyan və Ter-Petrosyanı bir masa arxasına oturmağa və vəziyyətdən çıxış yollarını axtarmağa vadar edib.

“Hazırkı həyəcanlı vəziyyətlə bağlı Arsaxda və Ermənistanda daha bir müşavirə keçirilib. Bu dəfə müşavirədə Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarqsyan və Arsaxın keçmiş prezidentləri Arkadi Qukasyan və Bako Saakyan iştirak ediblər”, – bu barədə Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan Facebook səhifəsində yazıb.

Turan agentliyinin məlumatına görə, ötən gün Arkadi Qukasyan və Bako Saakyan baş nazir Paşinyanla görüşüblər və eyni məsələni müzakirə ediblər. Bundan öncə Paşinyan Təhlükəsizlik Şurasının bir neçə iclasını və parlamentin qapalı iclasını keçirərək və nə etməli sualına cavab axtarıb.

Lakin həm Paşinyan özü, həm də görüş iştirakçıları Ermənistan üçün Dağlıq Qarabağın müstəqilliyi ideyasından əl çəkməyi mümkünsüz hesab edirlər.

İndiki vəziyyətdə bu cür mövqe beynəlxalq birliyin təklif etdiyi nizamlanma yollarından imtina etmək deməkdir.