Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev və şagirdləri

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyev və şagirdləri. 

Fotonu qrafik dizayner, rəssam Rəsul Həsən paylaşıb.

Bu fotodakı şagirdlərin içində hazırda cənub cəbhəsindəki döyüşləri idarə edən və Füzuli, Cəbrayıl və Zəngilanın azad edilməsində xüsusi əməyi olan General Mayor Mais Bərxudarov da var.

Mais Bərxudarovun hamınıza tanış olan bir videosu var, orada deyir ki, “mənim bir arzum var, Əliyar Əliyevin mənə vermiş olduğu Azərbaycan bayrağını (hansı ki, həmin vaxt üzərinə Qələbə yazmışam) Əliyar Əliyevin şəhid olduğu Laçına sancım!”