Bayden və Tramp aralarında son debata qədər mühüm ştatlarda kampaniya aparır

Prezident Donald Trump və onun Demokrat rəqibi Co Bayden bu həftə prezidentliyə namizədlər arasında keçiriləcək son debat yaxınlaşdıqca bazar günü Nevada və Şimali Karolina ştatlarında seçicilərlə görüşüb.

Florida Universitetinin ABŞ Seçkiləri Layihəsinə əsasən, təxminən 27.7 milyon amerikalı noyabrın 3-ü prezident seçkilərindən öncə ya poçtla, ya da şəxsən səsvermədə iştirak edib. Bu rekord göstərici müəyyən dərəcədə koronavirus pandemiyası fonunda seçki günü səsvermə məntəqələrində izdihamla bağlı narahatlıqlarla əlaqədardır.

Bayden qeydə alınmış seçicilərin 1,4 milyonu və ya 20 faizinin bazar gününə olan məlumata əsasən səs verdiyi mühüm ştat olan Şimali Karolina sakinlərini tez zamanda səs verməyə çağırıb.

Bayden həmçinin Trampı həftə sonu ABŞ-ın koronavirus pandemiyasında “dönüş yaratdığı” dediyinə görə tənqid edərək, ölkədə yeni yoluxma hallarının sayının son aylarda ən yüksək səviyyəyə çatdığını deyib.

Respublikaçı Trump bazar günü seçki kampaniya tədbirlərini 2016-cı ildə Demokratlara kiçik fərqlə məğlub olduğu Nevada ştatında davam etdirib. Ştatda erkən səsvermə şənbə günü başlayıb.

Nadir hallarda kilsəyə gedən, lakin aborta etiraz etdiyi və mühafizəkar hakimləri təyin etdiyi üçün yevangelist xristianlar arasında populyar olan prezident bazar günü Las Vegas Beynəlxalq Kilsəsində ibadət mərasimində iştirak edib.

Bu yaxınlarda özü COVID-19-a yoluxduqdan sonra sağalan Trump kilsədə maska taxmayıb.

Trumpın kampaniyasının sözçüsü Tim Murto onun cümə axşamı Floridada debata qədər Arizona və Şimali Karolina da daxil olmaqla hər gün kampaniya aparacağını bildirib.