Belarus müxalifəti ümummilli tətil elan edib

Belarus müxalifəti bazar ertəsi ümummilli tətil elan edib. Bu, avqust ayında keçmiş Sovet respublikasında prezident seçkilərinın saxtalaşdırıldığını iddia edən müxalifətin uzun müddətdir lider olan Aleksandr Lukaşenkonun hakimiyyətdən uzaqlaşdırılması səylərinin sonuncusudur.

Lukaşenkonun prezidentlik yarışdakı əsas rəqibi və səsvermədən sonra hökumətin təzyiqi altında ölkəni tərk etməyə məcbur olan Svetlana Tixanovskaya etiraz hərəkatını gücləndirmək üçün iki həftə əvvəl ümummilli tətillə təhdid etmişdi.

Tixanovskaya Lukaşenkonun istefasına, polisin nümayişçilərə qarşı zorakılığına son qoyulmasına və yüzlərlə siyasi məhbusun azad edilməsinə, əks təqdirdə ümummilli tətillə çağırıb.

Bazar ertəsi müstəqil Tut.by media saytı bir neçə əsas fabrikdə tətil edən işçilərin fotolarını yayımlayıb. Xəbər xidməti Qrodno Azot zavodunun tətilə qatıldığı onlarla işçisinin həbs edildiyini bildirib.

Sosial media platforması Nexta Minskdəki Belarus Dövlət Universitetinin girişini bağlayan tələbələrin şəkillərini yayımlayıb.

A-1 şirkətinin Minsk ofislərinin qarşısında əllərində müxalifətin simvolu olan qırmızı və ağ bayraqlar tutan işçilərini də görmək olub.

Bütün bunlara baxmayaraq, baş nazirin sözçüsü ölkənin bütün böyük sənaye şirkətlərinin normal işlədiyini deyib. Lakin Tixanovskayanın mətbuat katibi hökumətin yalan dediyini iddia edib.

“Rəsmilər həyəcan keçirir” – deyə, mətbuat katibi Anna Krasulina bildirib.

Bazar günü Lukashenkonun uzun illərdir hakimiyyətinə son qoyulmasına yönəlmiş “Xalq Ultimatumu”nun vaxtı bitib və kütləvi etiraz aksiyalarının 11-ci həftəsonu on minlərlə nümayişçi yenidən Belarusun küçələrində çıxıb.

Yenə də Lukaşenkonun təhlükəsizlik və çevik polis qüvvələri mərkəzdə olub. Mərkəzi metro stansiyaları əvvəlcədən bağlanıb. İnsanları şəhərin mərkəzinə doğru ayaqla getməyə məcbur olub.

“Tətil, Tətil, Tətil” şüarları səsləndirən izdiham Lukaşenkonun iqamətgahına yaxınlaşarkən səs bombası, rezin güllə və gözyaşardıcı qazdan istifadə edən polis etirazçıları dağıtmağa çalışıb.