Bolqarıstanın Baş naziri özünü izolyasiya etdi

Bolqarıstanın Baş naziri Boyko Borisov karantinə alınıb. 

Buna səbəb müavini Nikolay Nankovun koronavirus testinin pozitiv çıxması olub.

“Nankov mənə COVİD- 19 nəticələrinin müsbət çıxması barədə məlumat verdi. Test verilib, məlumat gözləyirəm. Bu müddət ərzində özümü sosial həyatdan təcrid edəcəm. Biz nazirlə beş gün əvvəl təmasda olmuşuq”, deyə Borisov qeyd edib.