Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışıb

Oktyabrın 21- də Azərbaycan xarici İşlər naziri Ceyhun Bayramovla Türkiyə xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

“Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu nazirlər tərəfindən vurğulanıb”, deyə məlumatda deyilir.