Ermənistan Əks-kəşfiyyat idarəsinin rəisi işdən azad edilib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Əks-kəşfiyyat idarəsinin rəisi general-mayor Ohanes Karumyan işdən azad olunub.

“News.am” xəbər verir ki, MTX-nin Mətbuat Xidməti O.Karumyanın işdən azad olunmasının səbəblərini açıqlamayıb.