Ermənistan hökuməti daha 62 hərbçisini itirdiyini açıqlayıb

İşğalçı Ermənistan Qarabağda gedən döyüşlərdə hərbi itkilərini açıqlamaqda davam edir.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ermənilər ölən daha 62 hərbçinin adını açıqlayıb.

Bununla da Ermənistan ordusunun rəsmi açıqlanan itki sayı 834-ə çatıb.