“Hücumun bəzi yerlərində Azərbaycan hərbçiləri ermənilərdən on iki dəfə çox olub. On iki dəfə çox olub, bunun nə olduğunu başa düşürsünüzmü?”

“Hücumun bəzi yerlərində Azərbaycan hərbçiləri ermənilərdən on iki dəfə çox olub. On iki dəfə çox olub, bunun nə olduğunu başa düşürsünüzmü?”

Bu sözləri Ermənistan Müdafiə nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan İctimai Televiziyada cəbhədəki vəziyyətdən danışarkən deyib.

İki ordunu müqayisə edən Hovhannisyan Azərbaycan Ordusu həm texnoloji, həm də kəmiyyət baxımından erməni  silahlı qüvvələrindən artıqdır:

“Lakin bu, onlara demək olar ki, kömək etmir. Belə bir olay demək olar ki, müharibə tarixində olmayıb və ya çox nadir hallarda olub. Buna baxmayaraq, ilk yeddi gün ərzində heç bir yerə irəliləmədilər, qalan iyirmi gün ərzindəsə yalnız gündə 1-2 km irəliləmə olub” – deyə Hovhannisyan bildirib.

Hovannisyan Azərbaycan ordusunun təkcə sayca deyil, həm də hərbi texnika baxımından Ermənistan ordusunu üstün olduğunu deyib.

“Qarabağda indi supergüclərin istifadə etdiyi bu cür texnika istifadə olunur. Düşmənin yüksək texnologiyalara sahib bir ordusu var, biz onu heç vaxt gizlətməmişik. On min əsgərdən ibarət  qrup, yüzlərlə tank, üç yüz topçu, xüsusi qırıcılar, amma müdafiəni yarıb keçməyi bacarmırlar” – deyərək Artsrun Hovannisyan bildirib.

Onun sözlərə görə, Qarabağda aparılan müharibə öz gücüylə ABŞ tərəfindən  İraqa qarşı olan müharibəylə müqayisə edilə bilər.