Hikmət Hacıyev: “Azərbaycan mülki şəxslərinin müdafiəsi üçün suveren hüququnu özündə saxlayır”

“Tərtər şəhərində Ermənistanın qəbiristanlığa qəsdən hücumu nəticəsində 3 mülki şəxs öldürülüb, 3 nəfər isə ağır yaralanıb”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter”də yazıb.

“Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərinin müdafiəsi üçün suveren hüququnu özündə saxlayır”, – H.Hacıyev qeyd edib.

Əvvəlki məqaləFransa səhiyyə nazirinin evində və iş otağında axtarış aparılıb
Növbəti məqalədə‘NBC News’ ucuz dronlardan yazır – Qərb mediası