JMK Polad Aslanovu azad etməyə çağırıb

Polad Aslanov

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini xeberman.com saytının redaktorunu azad etməyə çağırıb.

“Azərbaycan prokurorluğu məhkəmədən jurnalist Polad Aslanovun 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib. Aslanov – xeberman və press-az müstəqil xəbər saytlarının baş redaktoru 2019-cu ilin iyununda uydurma dövlətə xəyanət ittihamı ilə həbs edildikdən etibarən həbsdə saxlanılır. Aslanov həbsindən əvvəl turizm sektorunda yüksək vəzifəli dövlət məmurlarının iştirakı ilə ehtimal olunan korrupsiyanı araşdırırdı”, deyə KSJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Gulnoza Said bildirib.

Azərbaycan hakimiyyəti jurnalist Polad Aslanovu dərhal azad etməli, ona qarşı bütün ittihamları ləğv etməli, və dövlət korrupsiyasını və ədalətsizliyi ifşa edən müstəqil reportyorlara qarşı amansız kampaniyasına son qoymalıdır, deyə o qeyd edib.