Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub

Moskvada Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi xəbər verir.

Məlumatda qeyd olunub ki, 20 və 21 oktyabr tarixlərində Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə ayrı-ayrılıqda görüşləri keçirilib.

“Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə dair daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsi və onun davamlı həlli üçün şərait yaradılması ilə bağlı təcili məsələlər müzakirə edilib”, – Rusiya XİN-in bəyanatında deyilir.