Nikol növbəti dəfə öz ölüm hökmünü imzaladı

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan ölkəni fəlakətli vəziyyətdən çıxara biləcək son şansdan inadla imtina edir.

Dünyanın aparıcı ölkələrinin dəstəklədiyi və müdafiə etməyə hazır olduğu prinsip status müqabilində ərazilərdir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin və digər beynəlxalq oyunçuların Qarabağda müharibəyə reaksiyası göstərdi ki, Ermənistana başqa heç nə təklif olunmayacaq. Yerevanın Qarabağın müstəqilliyini tanımaqla bağlı  sonsuz çağırışları və “qurtuluş naminə ayrılma” prinsipinin tətbiqi işə keçmir.

Nikol Paşinyan bütün bunları təkcə siyasi baxmdan deyil, erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyəyə görə də görmür.

Bu gün bütün Ermənistan bir ümumi Nikol Paşinyandan ibarətdir və orada yuxarıda qeyd olunan nizamlama prinsiplərini qəbul etməyə hazır olan siyasi qüvvə yoxdur.  Bu barədə onun özü oktyabrın 18-də Facebook səhifəsində yazıb və işğal altındakı ərazilərin “Qarabağın qeyri-müəyyən statusu” müqabilində qaytarılmasını qəbul etmədiyini bildirib.

Hətta daha səviyyəli və məntiqli görünən ölkə prezidenti Armen Sarkisyan “Kommersant” qəzetinə müsahibəsində Qarabağda ermənilərin və və azərbaycanlıların birgə yaşamaq imkanlarını istisna edib.

O da vəziyyətdən çıxış yolunu təklif etməyib, “hədələyib”  ki, əgər Azərbaycan dialoqdan imtina etsə, Ermənistan Qarabağı tanıyar. Vəziyyət göstərir ki, erməni elitasının vəziyyətdən çıxış üçün reseptləri və variantları yoxdur. Dünya birliyinə dəstəklə bağlı ümidlər özünü doğrultmadı. Ermənilərin əsas ümidi Rusiyadır, onları dəstəkləməyib, cəbhədə isə Ermənistan ordusu hər gün məğlubiyyətə uğrayır. Hərbi ruhun dəstəklənməsi üçün yeganə “alət” “uğurlu” əks- hücumlar, “düşmənin əhatəsi” və “tezliklə qələbə” haqda cəbhədən gələn xəbərlərdir. Paşinyanın özü bunu belə təsvir edir: “Müharibə Qarabağın statusunu həll edə bilərmi? “Bəli, əgər müharibədə uğur qazansaq”. Və son sual: müharibədə uğur qazanmaq olarmı? “Bəli, əgər biz hamımız milli potensialı bu məsələ ətrafında cəmləşdirsək bu məqsədə ürəkdən nail olacağıq”.

Qeyd edək ki, Paşinyanı xarici siyasi səhvlərinə görə kəskin tənqid edən müxalifət birdən-birə susub. Səbəb odur ki, Paşinyana qarşı nifrət olsa belə, Ermənistan siyasi qüvvələrinin münaqişəyə münasibəti praktiki olaraq eynidir.

Bununla belə, arasında nüfuzlu daşnakların və respublikaçıların da olduğu bir sıra siyasi partiyalar müharibə dövründə siyasi və hərbi fəaliyyətin əlaqələndirilməsi üçün operativ qərargah yaratmağa çağırıblar. Bu, bir növ səlahiyyətləri müəyyənləşdirilməmiş alternativ hökumətdir. Lakin bu təklifin özü son dərəcə mənfi prosesləri, hökumət və hərbçilərdən narazılığın artdığını göstərir.

Daha bir maraqlı hadisə daşnakların liderinin birinci prezident Levon Ter-Petrosyanla görüşüdür. Düşmənlərin görüşü ancaq bir şeylə – vəziyyətdən çıxış yolunun axtarışı ilə izah edilə bilər. Paşinyanın son bəyanatlarından görünür ki, bu çıxış yolu hələlik tapılmayıb.