Paşinyan Dağlıq Qarabağ münaqişəsinin diplomatik həll yolunun olmadığını dedi

Nikol Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan gözlənilməz açıqlamalarla gündəmə gəlib. 
O, hazırda Dağlıq Qarabağ probleminin diplomatik həll yolunun olmadığını bəyan edib və xalqı ələ silah götürməyə səsləyib.
Bunun üçün o, dövlət və yerli özünüidarə orqanlarının rəhbərlərinə könüllü hərbi birliklər yaratmaq barədə göstəriş verib.
Məlumatı 21 oktyabr tarixində “Sputnik Armeniya” yayıb.
“Erməni xalqının haqqı üçün ilk növbədə ələ silah götürmək lazımdır, – Paşinyan “Facebook”dakı canlı çıxışı zamanı deyib: Bizim öhdəliyimiz hamılıqla xalqımızın haqqı üçün sonacan mübarizə aparmaqdır”.
Dövlət başçısının sözlərinə görə, yalnız effektiv təşkilatçılıq sayəsində münaqişədə erməni tərəf üçün uyğun diplomatik həll yolu tapılacaq.
O, Qarabağ xalqının hüquqlarını müdafiə etməyin bütün erməni xalqının hüquqlarını müdafiə etmək mənasına gəldiyini vurğulayıb, bunun üçün isə hər bir erməni əlinə silah almalıdır. Onun fikrincə, yalnız bu halda problem son həllini tapa bilər.