Putin Moskvanın Qarabağda Ermənistanı dəstəkləməyəcəyinə eyham vurdu

epa04510989 A handout picture provided by Turkish Presidential Press Office shows Russian President Vladimir Putin (L) and his Turkish counterpart Recep Tayyip Erdogan (R) chatting before a press conference in the new presidential palace in Ankara, Turkey, 01 December 2014. Putin and Erdogan began a meeting in Ankara to discuss their often opposing views on the crisis in Syria, the Islamic State threat and gas supplies to Turkey. Russia agreed to send more gas to Turkey and charge 6 per cent less for the energy, starting in January. Putin is on a one-day official visit to Turkey. EDITORIAL USE ONLY, NO SALES EPA/TURKISH PRESIDENTIAL PRESS OFFICE / HANDOUT

“Azərbaycan əraziləri uzun illər yadlaşdırıldı və bu əbədi davam edə bilməzdi. Uzun illər müxtəlif variantlar təklif edilmişdi və bir neçə dəfə həll yoluna yaxın idik, lakin heç bir nəticə alınmadı”, deyə Putin bildirib.

 “Rusiya, Ermənistan və Azərbaycan bərabərhüquqlu tərəfdaşdırlar, bizim üçün insanların orada ölməsi faciədir” dedi. Onun sözlərinə görə, hər iki tərəfdən yeni bir qarşıdurmanın başladığı gündən bəri ölənlərin sayı 5 minə yaxındır.

 Putin hər gün İlham Əliyev və Nikol Paşinyanla danışdığını da söyləyibi. Türkiyənin Qarabağla bağlı mövqeyinə gəlincə, Putinə görə, mövqelər hər şeydə üst-üstə düşmür, ancaq Ərdoğanla işləmək xoşdur. Putin Ərdoğanın  müstəqil olduğunu və onun  xarici təzyiqlərə baxmayaraq qərarlar verdiyini söyləyib.

   Bir sıra rusiyalı ekspertlər Putinin bu qiymətləndirmələrini Ermənistan üçün pis bir siqnal olduğunu, Moskvanın hərbi münaqişəyə müdaxilə etməyəcəyinin təsdiqlənməsi və müharibənin Azərbaycan ərazisində getdiyini və bu ərazilərin Ermənistan tərəfindən işğal edildiyini təsdiqi kimi qiymətləndiriblər.