Qarabağda kürd terrorçulara Azərbaycan hərbi forması geyindirilir

Ermənistan Suriya və İraqdan aparılan PKK kürd terror təşkilatının döyüşçülərini Dağlıq Qarabağa yerləşdirir. Bu barədə Türkiyə xüsusi xidmət orqanlarındakı mənbələr məlumat verir.

Ermənistan tərəfin aparıb Azərbaycan SQ-nin formasını geyindirdiyi döyüşçülər Şuşa şəhərinə yerləşdirilib, deyə “Anadolu” agentliyinin məlumatında bildirilir.

Terrorçular öldükdə erməni tərəfi onları Azərbaycanın Suriyadan cəlb etdiyi muzdlular kimi qələmə verməyi planlaşdırır.

Bir müddət əvvəl Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Dağlıq Qarabağda ön cəbhədə PKK terrorçularından istifadə etdiyini bəyan edib. Bundan başqa, əsir götürülmüş Ermənistan hərbi qulluqçusu Albert Mikaelyan da Azərbaycana qarşı döyüşlərdə PKK terrorçularının iştirak etdiyini təsdiq edib.

Mikaelyan öz videomüraciətində PKK döyüşçülərinin Ermənistandan 600 dollar aldığını bildirib.