“Qarabağ”ın oyunu gələn ilə təxirə salındı

Azərbaycan Premyer Liqasının V turundan təxirə salınmış “Qarabağ” – “Səbail” görüşünün keçiriləcəyi tarix müəyyənləşib.

AFFA-nın rəsmi saytının məlumatına görə, oyun 8 fevral 2021-ci ildə baş tutacaq.

Qarşılaşma Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunlara daha yaxşı hazırlaşması məqsədi təxirə salınmışdı. Komanda oktyabrın 10-da Monteneqroya 2:0 hesabı ilə uduzub və 3 gün sonra Kiprlə qolsuz heç-heçə edib.