Qırğızıstanda fövqəladə vəziyyət ləğv edilir

Qırğızıstan parlamenti cümə günü devrilmiş prezidentin tətbiq etdiyi fövqəladə vəziyyətə son verilməsinə səs verib.

Oktyabr ayının 4-dən, müttəfiqlərinin müxalifətin rədd etdiyi parlament seçkilərində qələbə elan etməsinə etiraz olaraq başlayan xaosdan bir neçə gün sonra cümə axşamı istefa verən Sooronbay Jeenbekov Bişkekə ordu yerləşdirmişdi.

Konstitusiyaya görə, sırada birinci olmasına baxmayaraq, parlamentin sədri Kanatbek İsayevin cümə günü prezident vəzifəsini icra etməkdən imtina etməsindən sonra müvəqqəti prezident vəzifəsini də həbsxanadan tərəfdarları tərəfindən azad edilən və parlament tərəfindən tez bir zamanda baş nazir seçilən Japarov icra edəcək.

Konstitusiyaya görə, baş nazir ikinci sırada durur və Japarovun hər iki rolu öz üzərinə götürməsi narahatlıqlara səbəb olub.

“Bu, Qırğızıstan tarixində görünməmiş bir hadisədir. Bir insanın əlində bu qədər böyük güc…” – deyə, millət vəkili Omurbek Tekebayev bildirib.

Japarov Rusiyanın etnik rus və özbək azlıqlarının yaşadığı Orta Asiyadakı keçmiş Sovet respublikası olan Qırğızıstanın əsas strateji tərəfdaşı olaraq qalacağını deyib və Qırğızıstanda yerləşən Rusiya hərbi hava bazasının şərtlərinin yenidən nəzərdən keçirməyi planlaşdırmadığını bildirib.

Xarici işlər naziri Ruslan Kazakbayev də cümə günü Çinin Bişkekdəki səfirinə kabinetin nəhəng qonşusu, əsas ticarət tərəfdaşı və sərmayədarı Pekinlə mövcud bütün razılaşmalara sadiq qalacağını deyib.

Japarov parlamentə 6,5 milyonluq xalqa bir neçə saat ərzində müraciət edəcəyini desə də, bunu nə vaxt və harada planlaşdırdığı qaranlıq qalıb və onun ofisindən şərh almaq mümkün olmayıb.