Qırğızıstanda prezident seçkilərinin tarixi açıqlandı

Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə prezident seçkilərinin tarixini təyin edib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Respublikada prezident seçkiləri 2021-ci ilin 10 yanvar tarixində keçiriləcək.

Qeyd edək ki, Qırğızıstanda parlament seçkilərinin keçirilməsi dekabrın 20-nə planlaşdırılıb.