Rəcəb Tayyib Ərdoğan: “Rusiya Qarabağ nizamlanmasında Türkiyənin iştirakına qarşı deyil”

‘Türkiyənin Rusiya kimi Qarabağ münaqişəsinə dair sülh prosesində iştirak etmək hüququ var’.

Bu barədə cümə günü prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib.

O, Azərbaycan prezidenti İlham Əliyevin Ankaranın Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirakı barədə sözlərini xatırladıb.

“Azərbaycan bəyan edir ki, əgər Yerevan Rusiyanın sülh prosesində iştirakına tərəfdardırsa, Bakı da Türkiyənin cəlb olunmasını təklif edir. Yəni, danışıqlar masası arxasında həm Moskva, həm də Ankara olmalıdır”, – Ərdoğan qeyd edib.

“Türkiyə regionda ziddiyyətlərin həllində Rusiyadan az maraqlı deyil”, – prezident vurğulayıb.

Türkiyə liderinin sözlərinə görə, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində Ankaranın iştirakına dair hər hansı iradı yoxdur.

“Rusiya  rəsmilərinin bu məsələ ilə bağlı hər hansı mənfi rəyləri şəxsən mənə çatmayıb”,- Ərdoğan bildirib.

Daha sonra prezident Ərdoğan Türkiyənin Rusiyadan aldığı S-400 raket komplekslərinin Sinopda sınaqdan keçirilməsindən danışıb.