Tramp KXDR-lə nüvə müharibəsi təhlükəsinin aradan qalxdığını bildirib

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla “yaxşı münasibətlər”i var.

Belə bəyanatla Ağ Ev rəhbəri “CBS News” telekanalında yayımlanan, demokratların dövlət başçısı postuna namizədi Co Baydenlə müzakirələrin gedişatında çıxış edib.

Trampın sözlərinə görə, o, Şimali Koreya ilə münasibətlərin qaydaya salınmasına səy göstərib. Bu səylər ABŞ və Koreya Xalq Demokratik Respublikası arasında nüvə müharibəsindən qaçmağa imkan verib.