Turan Agentliyi Azərbaycan SQ-yə yardım Fonduna 2 min manat köçürüb

Turan Agentliyinin kollektivi Azərbaycan Silahlı Qüvvələrinə Dəstək Fonduna 2 min manat köçürüb.

Bu barədə agentlik özü məlumat yayıb.

Agentliyin kollektivi bu qərarı bu günlərdə ölkə ərazilərini işğaldan azad edən Azərbaycan ordusuna dəstək məqsədilə qəbul edib.