Türkiyə parlamentinin sədri Gəncədədir

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfərə gəlib.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

TBMM sədri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə erməni təxribatı nəticəsində dağıdılmış yaşayış mərkəzlərini hazırda ziyarət edir.