Türkiyə və Azərbaycanın Müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akarla Azərbaycan Müdafiə Naziri Zakir Həsənov arasında telefon danışığı olub.

Məlumatına görə, H. Akar Gəncədə mülki əhalinin yaşadığı yerləri hədəf alan Ermənistanı qınayıb: “Ermənistan müharibə cinayətlərini davam etdirir, atəşkəs, müzakirə çağırışı edənlər isə bunu uzaqdan seyr etməkdədir”.

H. Akar Füzulinin işğaldan azad olunması, Ermənistanın iki “Su-25” hərbi təyyarələrinin vurulması ilə bağlı həmkarını təbrik edib.