Vəng kəndinin Çinarlı adlandırılması layihəsi parlamentin iclasına tövsiyə edilib

Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi müzakirələrdən sonra parlamentin komitə iclasına tövsiyə edilib.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.