Xudafərin yaxınlığındakı İran ərazilərinə 70-dən çox raket və güllə düşüb

Xudafərin şəhəri yaxınlığıda İran ərazisinə 70-dən çox raket və güllə düşüb, bu barədə oktyabrın 22-də İran-Press agentliyi məlumat yayıb.

İranın Şərqi Azərbaycan əyalətinin qubernatorunun müavini Əliyar Rastqunun sözlərinə görə, yerli sakinlərə və obyektlərə ziyan dəyməyib.

Onun sözlərinə görə, İran hərbiçiləri bu cür hadisələrin qarşısını almaq üçün tədbirlər görürlər.

Qeyd edək ki, İran istiqamətində mövqeləri cənuba doğru baxan Ermənistan SQ atəş açır. Öz növbəsində, Azərbaycan artilleriyası şimala doğru – Ermənistan mövqelərinə atəş açır və əks istiqamətdə atəş açması mümkün deyil.

Bir müddət əvvəl Ermənistan tərəfi rəsmi olaraq Azərbaycanın Araz çayı boyunca yerləşən mövqelərinə atəş açacağını bəyan etmişdi.