Xüsusi təyinatlılar Şuşa yaxınlığında ermənilərin strateji hərbi sursat anbarını məhv ediblər

Arxiv

Oktyabrın 29-dan 30-na keçən gecə Şuşa yaxınlığında erməni qüvvələrinin strateji döyüş sursatı anbarları məhv edilib.

Azərbaycan Silahlı Qüvvələri xüsusi təyinatlılarının bu əməliyyatını erməni qüvvələrinin təminatını dağıtmış Azərbaycan tərəfinin böyük uğuru kimi qiymətləndirmək olar.

Beynəlxalq mənbələrin məlumatına görə, anbarlar Şuşa şəhəri, Şuşikənd və Muxtar kəndlərinin  yaxınlığında təxminən, 4-5 hektar ərazidə yerləşən 11 böyük anqardan ibarət olub (bax foto).

Azərbaycan Müdafiə Nazirliyinin təqdim etdiyi videoda minlərlə müxtəlif mərmi və raketin səmaya necə uçduğu görünür.

Erməni tərəfi bu partlayışları azərbaycanlı təxribatçıların silah-sursat anbarının məhv edilməsi kimi izah etməyə çalışıb ki, bu da mütəxəssislərdə gülüş doğurub.

Əslində, bu, Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı  qüvvələrinin uğurlu əməliyyatıdır.

Partlayışın izləri 10-15 kilometrdə müşahidə edilib və onu Şuşadan xarici jurnalistlər görüb və çəkiblər.

Müxtəlif tipli və kalibrli raketlər, mərmilər bir neçə kilometr uçaraq əhalisi qaçıb getmiş Muxtar və Şuşikənd kəndlərinə ziyan vurub.

Qeyri-rəsmi məlumatlara görə, anbarlarda “Smerç”, “Qrad” qurğuları üçün minlərlə raket, bütün növ artilleriya və minaatanlar üçün mərmilər, qumbaraatan güllələri, bütün kalibrli patronlar saxlanılıb.

İstisna deyil ki, orada Azərbaycanın müxtəlif şəhər və obyektlərinin atəşə tutulduğu “Skad” raketləri də saxlanılıb.