Yunanıstan vətəndaşları Ermənistanın tərəfində döyüşmək üçün Qarabağa can atırlar

100-ə yaxın Yunanıstan vətəndaşı, etnik ermənilər Ermənistanın tərəfində hərbi əməliyyatlarda iştirak etmək üçün Qarabağa getməyə hazır olduqlarını bildiriblər.

Könüllülərin yazılması Afinada “Hayastan” Sosial-Mədəniyyət Mərkəzində aparılır. Bu barədə Avropa KİV-i “Frans-Press” agentliyinə istinadən məlumat veriblər.

“Mənim ailəm və qohumlarım pul, ianələr göndərirlər, amma mənə görə edə biləcəyim ən böyük yardım cəbhədə olmaqdır”, – 30 yaşlı yunan – erməni Yakovos Stamatiadis deyir.

Könüllülər arasında Ermənistana aidiyyatı olmayan etnik yunanlar da var, “Hayastan” Mərkəsi qeyd edir.

“Yunanlarla ermənilər çox möhkəm münasibətlərə malikdirlər. Onlar Osmanlı imperiyasında təqib olunan ümumi tarixi yaddaşa malik iki xalqdır”, – Peloponnes Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Panayota Manoli qeyd edir.

Bu əhali qrupları möhkəm əlaqələr qurublar və Yunanıstanın 80000 əhalisi olan erməni icması bu ölkənin dəstəyini alır. O hesab edir ki, Türkiyənin timsalında ümumi düşmən yunanların və ermənilərin bir çoxu üçün hərəkətverici qüvvədir.