Ərdoğanın sözçüsü: “Kəlbəcəri Azərbaycan Ordusu azad etdi”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın

“Azərbaycan Ordusu 27 ildir işğal altında olan Kəlbəcəri bu gecə azad etdi”.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Twitter” hesabında yazıb.

Prezidentin sözçüsü bildirib ki, daşlar yerinə oturur: “Türkiyə Qafqazın ən yeni tarixində aktiv rol oynamağa davam edəcək”.

Noyabrın 25-i Kəlbəcər rayonu işğaldan azad edilib.