Almanlar koronavirus məhdudiyyətlərinə etiraz edir

Minlərlə nümayişçi çərşənbə günü kansler Angela Merkel hökumətinin COVID-19-un yayılmasının qarşısının alınmasına yönəlmiş məhdudiyyətləri tətbiq etmək səlahiyyətlərini verəcək parlament səsverməsinə etiraz etmək üçün Berlinin mərkəzinə toplaşıb.

Almaniya parlamentinin Aşağı və Yuxarı Palataları səs verərək, hökumətin sosial təmasda məhdudiyyətlər, maska taxmaq, ictimai yerlərdə alkoqollu içkilərin içilməməsinə, mağazaların bağlanmasına və idman tədbirlərinin dayandırılmasına dair qanunlar qəbul etməlidir.

Almanların çoxu virusun ikinci dalğası ilə mübarizə aparmaq üçün son məhdudiyyətləri qəbul etsə də, azlıqda olan sağçı tənqidçilər bu qanunların hökumətə çox səlahiyyət verdiyini deyirlər. İfrat sağçı `Almaniya üçün Alternativ` (AfD) partiyasının üzvləri bu tədbirləri Hitlerin nasist diktaturasının 1933-cü ildəki Aktivləşdirmə Qanunu ilə müqayisə edir.

Ölkənin hər yerindən gətirilən qüvvələr tərəfindən dəstəklənən Berlin polisi paytaxtın hökumət binalarının yerləşdiyi ərazini mühasirəyə alıb. Təhlükəsizlik səbəbi ilə Almaniyanın Bundestaq parlament binası qarşısında planlaşdırılan bir sıra etiraz nümayişlərinə qadağa qoyulub.

Təhlükəsizlik qüvvələri etirazçıları parlament binasından uzaqlaşdırmaq üçün su şırnağından istifadə edib.

Etirazçılardan biri “Merkel Sifət” yazılı maska taxıb, digərləri isə əllərində “Maarifləndirmə naminə – Sülh və Azadlıq” kimi pankartlar tutub. Etirazçıların əksəriyyəti maskasız olub və sosial məsafə saxlamayıb.

Bir çox qonşusundan fərqli olaraq, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya böhranın ilk mərhələsində yoluxma və ölüm göstəricilərinin aşağı olmasına görə təriflənsə də, hazırda Avropanın qalan hissəsi kimi ikinci bir dalğanın mərkəzindədir.

Robert Koç İnstitutunun çərşənbə günü verdiyi məlumata görə, Almaniyada koronavirus xəstələrinin sayı bir gündə 17 561 artaraq, 833 307-yə yüksəlib, ölənlərin sayı isə 13 119 nəfərdən çoxdur.