Azərbaycanda COVİD-19-a yoluxmada yeni antirekord

Ötən gün Azərbaycanda koronavirus infeksiyasına 2 597 yeni yoluxma hadisəsi qeydə alınıb.

1 354 nəfər sağalıb, 23 nəfər isə vəfat edib, bu barədə cümə axşamı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Azərbaycanda ümumilikdə 83 994 nəfər xəstəliyə yoluxub, onların 59 465 nəfəri sağalıb, 1 053 nəfəri isə vəfat edib.

Hazırda aktiv xəstə sayı 23 476 nəfər təşkil edir.

Son sutka ərzində 12 874, pandemiyanın başlanğıcından etibarən ümumilikdə isə 1 562 442 test aparılıb.

Gündəlik yoluxma sayında bugünki artım göstəricisi Azərbaycanda pandemiyanın başladığı gündən etibarən ən yüksək göstəricidir.