Azərbaycanın dövlət büdcəsinin kəsiri 515 milyon manata düşüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 20 207,1 milyon manat, xərcləri isə 20 722,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% və 12,3% çoxdur.

Son nəticədə büdcədə 515 milyon manat kəsir yaranıb.

Xatırladaq ki, yanvar-sentyabr aylarının yekunununda büdcə kəsri 677,6 milyon manat olub.