Baydenin Nazirlər Kabinetinə seçimləri

ABŞ-da yeni prezident seçilmiş Co Baydenin çərşənbə axşamı onun administrasiyasında yüksək diplomatik və milli təhlükəsizlik vəzifələrinə təyin etməyi planlaşdırdığı şəxsləri təqdim etmək üçün tədbir keçirib.

Bu qrupa Dövlət Departamentinə rəhbərlik etmək üçün keçmiş dövlət katibinin müavini Antoni Blinken də daxil olmaqla, Nazirlər Kabinetinin ilk üzvləri daxildir.

Seçimlər Demokratik Partiyanın mütərəqqi qanadı tərəfindən nəzərdən keçiriləcək və yanvar ayında Corciya Senatının iki turu ilə təyin ediləcək dar nəzarətli Senatın təsdiqini qazanmalıdır.

Baydeninn indiyə qədərki seçimləri:

Antoni Blinken

Dövlət katibi

Antoni Blinken
Antoni Blinken

Baydenin Obama administrasiyası dövründə vitse-prezident olduğu müddətdə yüksək səviyyəli milli təhlükəsizlik vəzifələrində çalışan Blinken Baydenlə yaxın əlaqələrə malikdir. Harvard Universiteti və Kolumbiya Hüquqşünaslıq Məktəbinin məzunu olan Blinken Demokratların administrasiyaları dövründə xarici əlaqələr üzrə vəzifələrdə çalışıb. Dövlət katibi vəzifəsinə namizəd göstərilən 58 yaşlı Blinken Klinton dövründə Milli Təhlükəsizlik Şurası, Obama dövründə isə milli təhlükəsizlik məsələləri üzrə müşavir olub.O, Baydenin Xarici Əlaqələr Komitəsinə rəhbərlik etdiyi dövrdə kadrlar aparatının sədri vəzifəsində çalışıb.

Alexandro Mayorkas

Daxili Təhlükəsizlik Naziri

Alexandro Mayorkas
Alexandro Mayorkas

Mayorkas daxili təhlükəsizlik nazirinin keçmiş müavinidir. O, nazirliyin rəhbərliyinə namizəd göstərilən ilk Latın mənşəli bir mühacir olacaq. Kubanın Havana şəhərində anadan olan 60 yaşlı Mayorkas uşaq yaşlarında ailəsi ilə birlikdə siyasi qaçqın kimi ABŞ-ya yerləşib. Vəkillik karyerasından sonra Obama administrasiyasına 2009-cu ildə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri agentliyinin direktoru vəzifəsində çalışıb və burada ABŞ-a qanunsuz olaraq gətirilən immiqrantların müdafiəsi məqsədi daşıyan DACA proqramını (Uşaqlıqda Gələnlər üçün Təxirə salınmış Fəaliyyət) həyata keçirib.

Linda Tomas-Qrinfild

ABŞ-ın BMT-dəki səfiri

Linda Tomas-Qrinfild
Linda Tomas-Qrinfild

Linda Tomas-Qrinfild Dövlət Departamentində 35 illik fəaliyyəti dövründə dünyanın dörd qitəsində işləmiş veteran afro-amerikalı diplomatdır. O, Obamanın prezidentliyi dövründə (2013-cü ildən 2017-ci ilədək) Afrika üzrə diplomat olub. Tomas-Qrinfild Qərbi Afrikada Ebola epidemiyası dövründə ABŞ-ın Böyük Səhraaltı siyasətinə rəhbərlik edib. Dövlət Departamentindən ayrıldıqdan sonra Tomas-Qrinfild keçmiş dövlət katibi Madelin Ollbraytın qlobal strategiya şirkətində rəhbər vəzifə tutub.

Con Kerri

İqlim üzrə xüsusi nümayəndə

Con Kerri
Con Kerri

Kerri Demokrat Partiyasında tanınmış simalardandır. O, Obama administrasiyasında keçmiş dövlət katibi, 25 ildən çox Massaçusettsdən keçmiş senator, 2004-cü ildə Demokrat Partiyasından prezidentliyə namizəd olub. İqlim üzrə xüsusi nümayəndə Nazirlər Kabineti vəzifəsi deyil, lakin Kerri Milli Təhlükəsizlik Şurasında oturacaq, ilk dəfə şuraya iqlim dəyişikliyinə dair bir səlahiyyətli daxil edəcək. Kerri seçimi elan edildikdən sonra Twitter-də “Amerika tezliklə iqlim böhranını milli təhlükəsizlik təhdidi kimi qəbul edən bir hökumətə sahib olacaq” – deyə, yazıb.

Avril Heyns

Milli Kəşfiyyat direktoru

Arvil Heyns
Arvil Heyns

Avril Heyns CİA-nin keçmiş direktor müavini və Obama administrasiyasında keçmiş milli təhlükəsizlik müşaviri vəzifələrində çalışıb. O, ABŞ kəşfiyyat icmasına rəhbərlik etmək üçün namizəd göstərilən ilk qadın olacaq. 51 yaşlı Heyns vəkildir və daha əvvəl Baydenin sədri olduğu Senatın Xarici Əlaqələr Komitəsində baş məsləhətçinin müavini vəzifəsində çalışıb. O, 2017-ci ildə Obama administrasiyasından ayrıldıqdan sonra Kolumbiya Universitetində bir neçə vəzifə tutub.

Ceyk Sallivan

Milli Təhlükəsizlik Müşaviri

Ceyk Sallivan
Ceyk Sallivan

Milli təhlükəsizlik müşavirliyinə namziəd seçilən Ceyk Sallivan Obama administrasiyası dövründə Baydenin təhlükəslik müşaviri vəzifəsində çalışıb. O həm də Hillari Klintonun dövlət katibi olduğu müddətdə kadrlar aparatının sədri olub. 43 yaşlı Sallivan bu vəziyə seçiləcək ən gənc kadr olacaq.