BQXK münaqişə nəticəsində saxlanılan şəxslərə başçəkmə həyata keçirib

Amin Musayev və Bayram Kərimov

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişə tərəfləri ilə daim əlaqədədir və dialoq aparır”.

Bunu açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova deyib:

“Qurumun mandatına uyğun olaraq, münaqişə nəticəsində saxlanılan şəxslərə başçəkmə həyata keçirilir”.

Əsir götürülən iki azərbaycanlı əsgərin (Amin Musayev və Bayram Kərimov) döyüşlərdən sonra ukraynalı jurnalist Aleksandr Xarçenko və erməni əsgərlər tərəfindən ilkin tibbi yardım göstərildiyini əks etdirən videolar yayılıb. Bunun ardınca isə onlardan birinə maşının içərisində zorakı davranıldığını göstərən video da yayılıb.