Çin ABŞ rəsmilərinə sanksiyalar tətbiq etdi

Çin Amerika Birləşmiş Ştatlarının dörd rəsmisinə qarşı sanksiyalar tətbiq edib.

“Xinhua” agentliyinin verdiyi xəbərə görə, bunu noyabrın 30-da  Çin Xarici İşlər Nazirliyinin rəsmisi Xua Çunin bildirib.

Sanksiyaya məruz qalan şəxslərin Çinin daxili bölgələrinə, həmçinin Honkonq və Makaoya səfər etmələri qadağan edilib.

Sanksiyaların tətbiq edilməsinə səbəb kimi, ABŞ-ın Honkonqla əlaqələr qurmaqla beynəlxalq hüququ kobud şəkildə pozması və Çinin daxili işlərinə qarışması göstərilib.