Emmanuel Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etdi

Emmanuel Makron
Fransa prezidenti Emmanuel Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib.
O, bu barədə özünün “Instagram” hesabında 22 noyabrda yayılan videosunda danışıb.
Fransa prezidenti 7 rayonun və Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisi olduğunu deyib.
“Beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır. Buna görə də suveren dövlətdən hansısa tələb yoxdursa, bu məsələyə qarışmayın”, – Makron bildirib.
Fransa dövlət başçısı II Qarabağ müharibəsi başlayanda ziddiyyətli açıqlamalarıyla gündəmə gəlmişdi. Fransanın digər rəsmiləri də münaqişə zamanı Ermənistanın açıq tərəfini tutmuşdular. Azərbaycanda Millli Məclis səviyyəsində Fransa rəsmilərinin Dağlıq Qarabağla bağlı ziddiyyətli açıqlamalarına etiraz edilmişdi.