Erməni hüquqşünas: “Azərbaycan əsirliyində 100-dən çox Ermənistan əsgəri var”

İtkin düşmüş erməni əsgərlərin qohumları onlara qarşı qeyri-insani rəftarın istisna edilməsi və onların hüquqlarının müdafiəsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə 50 müraciət təqdim ediblər. Bu barədə hüquq müdafiəçisi Siranuş Saakyan KİV-ə bildirib.

Onun məlumatına görə, ümumilikdə Azərbaycan əsirliyində 100-dən çox erməni var.

Ermənistan tərəfin məlumatına görə, indiyədək Azərbaycan SQ-nin ələ keçirdiyi ərazilərdə gizlənən, ermənilər tərəfə keçməyə çalışan Ermənistan əsgərləri var.

Elə bu gün baş nazir Paşinyan hərbi əsirlərin işləri üzrə idarələrarası komissiya yaradıb.

Bu arada, itkin düşmüş əsgərlərin qohumları Ermənistanın Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası keçirərək, itkin düşmüş hərbi qulluqçuların taleyinə aydınlıq gətirməyi tələb ediblər.

Azərbaycan və Ermənistan hələlik onlarda olan hərbi əsirlərin sayı haqqında rəsmi bəyanat verməyiblər.