Ermənistan müdafiə nazirinin istefa verdiyi bildirilir

Ermənistanın müdafiə naziri David Tonoyanın istefa verdiyi bildirilir.

Bu barədə məlumatı “Aravot” nəşri yayıb.

Ermənistanın İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətinə görə erməni ictimaiyyəti əsasən D.Tonoyanı günahkar bilir. Bundan əvvəl isə Ermənistanın xarici işlər naziri başda olmaqla bir sıra vəzifəli şəxsləri vəzifələrindən istefa veriblər.