Ermənistana yeni xarici işlər naziri təyin edilib

Ara Ayvazyan Ermənistanın Xarici İşlər Naziri təyin edilib. Müvafiq fərmanı çərşənbə günü Ermənistan prezidenti Armen Sarkisyan imzaladı.

Bir gün əvvəl Zohrab Mnatsakanyan Ermənistan Xarici İşlər Naziri vəzifəsindən istefa verib.

Qeyd edək ki, 16 oktyabrda Ermənistan Baş naziri Nikol Paşinyan Ayvazyanı xarici işlər nazirinin müavini təyin etmişdi.

Bundan əvvəl Ayvazyan Ermənistanın Litva, Latviya və Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Daha öncə Meksika, Kosta Rika, Kuba, Honduras, Qvatemala və Panamada RA səfiri vəzifəsində çalışıb.