Ermənistanın iqtisadiyyat naziri istefa verdi

Ermənistanın iqtisadiyyat naziri Tiqran Xaçatryan istefa verib.

“Sputnik Armeniya” xəbər verir ki, bunu mətbuat katibi Anna Ohanyan təsdiqləyib.

T.Xaçatryanı kimin əvəzləyəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Tiqran Xaçatryan Ermənistanda istefa verən 6-cı nazir oldu.