Fransa səfiri: “Senatın qətnaməsi Parisin rəsmi mövqeyini dəyişdirmir”

Fransanın Azərbaycandakı səfiri Zaxari Qross “Report”a müsahibəsində Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnamə layihəsini qəbul etməsini şərh edib.

– Senatın dünən qəbul etdiyi, Fransa Xarici İşlər Nazirliyinin mövqeyinə zidd olan qətnaməni necə qiymətləndirirsiniz?

– Fransanın hökümət naziri Jan-Batist Lemuan hökumətin Senat qətnaməsinə baxış nöqtəsini açıqlayıb. Fransa hökumətinin mövqeyi dəyişməyib. Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır.

– Sizcə, bu, münaqişənin həllinin münaqişədən sonrakı mərhələsinə necə təsir göstərə bilər?

– Nazir Lemuanın qeyd etdiyi kimi, Senatın qərarı heç bir şəkildə Dağlıq Qarabağa təsir etməyəcək.

– Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Senatın bu qətnaməsi Fransanın vasitəçi kimi neytrallığını və balansı itirdiyini şübhə altında qoymurmu?

-Yox. Qətnamə Fransanın rəsmi mövqeyini dəyişdirmir. Fransa hökuməti Dağlıq Qarabağ nizamlanmasına tərəfsiz və balanslı yanaşmaya sadiqdir.