Fransanın Azərbaycandakı səfiri: Qadın haqları insan haqlarıdır və qorunmalıdır

Fransanın Azərbaycandakı səfirliyində “Qadın və kişi bərabərliyi” mükafatlandırma  mərasimində qaliblər elan olunub.

Mükafatlandırma mərasimində Fransanın Azərbaycandakı səfiri Zakari Qross da iştirak edib.

Səfir  çıxışında  bildirib ki, gender bərabərliyi Fransa diplomatiyasında prioritetlərindən biridir.

“Qadın haqları insan haqlarıdır və qorunmalıdır. Fransa hər zaman bunu təbliğ edir”.

Onun sözlərinə görə bu gün dünyanın hər bir yerində hər yerində gender bərabərliyi məsələsində problemlər v ə bura siyasi sahədə təmsilçilik, təhsilə əlçatanlıq, ailədaxili şiddət və s daxil edilməlidir.

Fransa səfiri qadınların sülh quruculuğunda da vacib rolunu vurğulayıb və əlavə edib ki, qadınlar sülh quruculuğunda aktiv iştirak etməlidirlər.

Daha sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.

Mesabiqənin  qalibiŞ Fransanın  Parisdəki  ən nüfuzlu  fransız  siyasət  elmləri kampusu olan “Sciences Po” da təlim qazanır. Bu təlim , 2021-ci ilin mayında gender məsələlərini əsk etdirən əsas komponent daxil olmaqla bir ay ərzində , insan hüquqlarına (Human rights and global development) həsr  olunmuş yay məktəbində olacaq.