Fransanın Mərakeşdəki baş konsulu intihar edib

Fransanın Mərakeşdəki baş konsulu Deni Fransua özünü öldürüb.

İntihar barədə səfirliyin saytında bildirilib.

Fransa səfirliyinin bütün heyəti diplomatın ailəsinə, doğma və yaxınların dərdinə şərik olduğunu bildirərək başsağlığını ifadə edib. Portal iddia edib ki, 55 yaşlı konsul mənzildə özünə qəsd edib, o özünü asıb.

İntiharın səbəbləri məlum deyil, amma vurğulanır ki, Fransua sentyabrın 15-də vəzifəyə təyin edildikdən dərhal sonra bu postdan azad olunmasını xahiş edib.

Əvvəlki məqaləQarakənd faciəsindən 29 il ötür
Növbəti məqalədəMayk Pompeo İordan çayının Qərb sahilindəki yəhudi məntəqələrini ziyarət edib