Füzuli sakini: “Yaddaşımda olanları xatırlayıb tapıram ki, hansı evdən sonra hara gəlir”

27 ildən sonra Azərbaycan hökuməti rəsmilərilə dogma yurduna gələn Şadiyə Qəhrəmanova Füzuli şəhərində ancaq bunları tapıb: quru divarlar, kol basmış küçələr.

1993-cü ilin avqustunda işğal edilən Füzuli şəhəri bu il oktyabrın 17-də azad edilib. Amma şəhərin yalnız adı var: heç bir salamat bina yoxdur, vaxtilə mərkəzi küçə olmuş yer indi xarabalığı xatırladır.

Azərbaycan rəsmiləri deyirlər ki, işğal zamanı bu evlər salamat olub, sakinlər yalnız şəxsi əşyalarını götürüb çıxıblar.

Ermənistan hələ ki, Azərbaycanın dağıntılar barədə iddialarına rəsmi cavab verməyib.