Gürcüstanın Baş naziri: “ABŞ-ın bölgədə təmsilçiliyinin genişləndirilməsinin məqamı yetişib”

“Gürcüstan-ABŞ əməkdaşlığı və tərəfdaşlığının möhkəmləndirilməsi, həmçinin ABŞ-ın bölgədə təmsilçiliyinin genişləndirilməsi məqamı yetişib”.

Bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxariya ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdə bildirib.

O, iki ölkə arasında müdafiə, təhlükəsizlik, iqtisadiyyat və demokratiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı imkanların olduğunu deyib.